“Altı aydır ki, gözləyirik, amma..." - Zelenski ABŞ-nin son yardımından DANIŞDI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin 61 milyard dollarlıq yardım qərarına münasibət bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə ABŞ mediasına açıqlama verib. Ukrayna lideri fikirlərini bu cür ifadə edib:
“Altı aydır ki, gözləyirik. Amma biz oturub-durmadıq, birlikdə vuruşduq. Müsbət qərarın verilməsi üçün hər şeyi edən bütün komandamıza və ABŞ-dəki dostlara təşəkkür etmək istəyirəm. İnanıram ki, bu dəstək Ukraynanı və ordumuzu effektiv şəkildə gücləndirəcək. Rus işğalçılarını dəf etmək üçün bizə az sayda silah lazımdır. Buraya artilleriya, strateji uzaqmənzilli silahlar daxildir, bunların hamısı cəbhədə insan itirməmək üçün vacibdir. Onları itirməyimizin səbəbi lazımi uzaq mənzilli silahlarımızın olmamasıdır. Bundan əlavə, çox vacib olan hava hücumundan müdafiə bu gün mütləq prioritetdir”.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da qərarla bağlı fikirlərini bölüşüb:
“Bu, bizim üçün çox vacib qərardır. Şübhəsiz ki, bu qərarın qəbulu, xüsusən də Rusiyanın yeni hücuma hazırlaşdığını gördüyümüz bu günlərdə təcavüzkarı məğlub etmək şanslarımızı artıracaq. Bunsuz biz şəhərlərimizi və insanlarımızı qoruya bilmərik”.
Qeyd edək ki, ötən gün ABŞ Nümayəndələr Palatası Ukraynaya 60 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Günay