"Ukrayna Krım körpüsünü partladacaq, Rusiya gələn həftədən..." - AÇIQLAMA

ABŞ Nümayəndələr Palatası Ukraynaya 60 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Xatırladaq ki, bir müddətdir, məhz Nümayəndələr Palatasında səs çoxluğuna malik respublikaçılar bu layihənin qəbul edilməsinə qarşı çıxırdılar.

 

Maraqlıdır, sözügedən addım necə nəticələnəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, respublikaçılar partiyası bu qanunu qəbul etməklə, seçki qabağı bir növ öz reytinqlərini qaldırmağı hədəfləyirlər.

 

Müsahibimiz bildirib ki, Ukraynaya yardımın qəbul edilməsində müəyyən faktorlar mühüm rol oynayıb:

 

“Səbəblərdən biri İranın İsrailə raket hücumu ilə bağlıdır. Eyni zamanda, Rusiyanın Ukraynada xeyli irəliləyişi respublikaçıları bu qanun layihəsinə səs verməyə sövq etdi. Artıq Kiyevə həftəiçi “ATACMS” raketləri, uzaq mənzilli raketlər, “PATRİOT” havadan müdafiə sistemlər, müxtəlif artilleriya mərmiləri, xeyli sayda öldürücü və hücum silahları veriləcək. Hətta yay aylarında “F-16”ların verilməsi də mümkündür”.

 

Ekspert qeyd edib ki, may ayının əvvəllərindən Rusiya-Ukrayna cəbhəsində yeni bir mərhələ başlayacaq:

 

“Ukrayna havadan müdafiəni gücləndirəcək və Rusiyanın arxa eşalonlarına intensiv raket zərbələri vuracaq. Həmçinin Rusiyanın dərinliyində strateji obyektlər hədəf alınacaq. NATO-nun baş katibi bunun üçün Ukraynaya yaşıl işıq yandırdı. Artıq Ukraynanın təşəbbüsü ələ alacağını qeyd edə bilərik. Gələn həftədən Rusiya çətin və ağır itkilər verəcək. ABŞ və NATO-ya üzv ölkələrin verəcəyi silahlarla Ukrayna Krım körpüsünü partladacaq və yarımadaya intensiv zərbələr endirməklə hücumlar təşkil edəcək”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...