Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK
Kateqoriya məlum deyil
Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Sfera.az xəbər verir ki, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq.
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur. (report)






