Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası KEÇİRİLDİ - FOTO

Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası KEÇİRİLDİ - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin davam etdiyini bildirib.

 

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər müzakirə olunub.

 

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildir.


OXŞAR XƏBƏRLƏR

Afrim Qaşi Azərbaycandadır

Şimali Makedoniyanın Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessi...

Tramp tapşırıq verdi:"İran rəsmiləri ilə görüşülsün!"

ABŞ Prezidenti Donald Tramp öz komandasına İran rəsmiləri ilə mümkün qədər tez görüş təşkil etməyi tapşırıb.   Sfera.az xəbər verir ki, bununla bağlı...

Hitlerin vegeteriana çevrilməsinə səbəb olan sevgilisinin müəmmalı ölümü - FOTO

Hitlerin həyatı qəribəliklərlə dolu idi. Onun bacısı qızı ilə qadağan olunmuş eşq macərası buna bir misaldır.   Geli Raubal 1931-ci ildə faciəli şəki...

20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

Bu gün hava səyahətləri adi hala gəlsə də, insanlar bəzi ölümcül qəzalarla da qarşılaşa bilərlər. Pilot Timoti Lankaster Oksfordşirdə heyrətləndirici təyyarə qə...

ABŞ Prezidenti: Hər kəs dərhal Tehranı tərk etməlidir

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.   Sfera.az xəbər verir ki, o, bu barədə “Tr...

10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB

Dəniz mövsümü başlayar-başlamaz çimərliklərdə xəsarət alanların sayı artıb.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, 10 gün ərzində...