Putin Təhlükəsizlik Şurasını toplayır - Hansı məsələləri müzakirə edəcək?

Putin Təhlükəsizlik Şurasını toplayır - Hansı məsələləri müzakirə edəcək?
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov deyib.

 

“Prezident Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə şəxsən operativ görüş keçirəcək. Bu, nadir haldır, amma olur”, - Peskov bildirib.

 

Kremlin sözçüsü iclasda hansı məsələlərin müzakirə olunacağını açıqlamayıb. Peskov həmçinin Putinin Rusiyaya işgüzar səfərə gələcək belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacağını da əlavə edib.

 

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR