İsveçrədə Ukrayna ilə bağlı konfransın vaxtı məlum oldu

İsveçrədə Ukrayna ilə bağlı konfransın vaxtı məlum oldu

İsveçrədə Ukrayna müharibəsinə həsr olunmuş beynəlxalq konfransın vaxtı məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə RTS telekanalı məlumat yayıb.

 

Belə ki, konfrans 15-16 iyun tarixlərində keçiriləcək.

 

Tədbirin yeri kimi İsveçrənin Lyutsern şəhərinin Byurgenştok sanatoriyası müəyyən edilib.

 

Konfransda 100-ə yaxın ölkədən rəsmi şəxslər iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR