Ukrayna Prezidenti: "Rusiya ordusu yeni hücuma hazırlaşır"
Dünya
17:42 / 29.04.2024
9260
Rusiya ordusu yeni hücuma hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna artıq NATO standartlarına uyğun hərəkət edir: “Biz NATO ölkələrinin silahlarından istifadə edirik. Həmçinin, Alyansın prinsip və və doktrinalarını rəhbər tuturuq”.
V.Zelenski onu da diqqətə çatdırıb ki, Ukraynaya “Patriot” raket sistemlərinin tədarükü ilə bağlı müzakirələr gedir.