Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ

Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə GÖRÜŞDÜ

Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Baş Prokurorluqdan Sfera.az-a verilən xəbərə görə, Kamran Əliyev qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.



Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.

 


Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.



Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.



Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR

16 qadın Devid Kopperfildi təcavüzdə ittiham etdi

Məşhur amerikalı illüziyaçı və hipnozçu Devid Kopperfild uzun illər ərzində 16 qadın tərəfindən cinsi qısnama və qeyri-münasib davranışda ittiham olunub. &nb...

Boşanmaq istəyənlərin 70 faizi qadınlardır - VİDEO

Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır.    Sfera.az-ın məlumatına görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial...

Putin və Si Cinpin arasındakı gizli görüşün təfərrüatları üzə çıxdı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında Pekində baş tutan söhbətin məzmunundan danışıb.   Sfera.az ...

Ben Afflek və Cennifer Lopez boşanmağa hazırlaşır

17 ildən sonra yenidən bir araya gələn və nəhayət evlənən Ben Affleklə Cennifer Lopezin sevgi nağılı sona yaxınlaşır. Cütlük üçün hər şey çox çətindir və adı aç...

Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı

“Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var”.   Sfera.az xəbər verir ki,...

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA

Köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığı deyilir.   İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN...