Rusiya səfiri Tacikistan XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Tacikistan XİN-ə ÇAĞIRILDI

Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Tacikistan XİN məlumat yayıb.

 

Səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarına qarşı kütləvi şəkildə mənfi münasibətin təzahürü ilə bağlı etiraz notası təqdim olunub.

 

Tacikistan XİN Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu bəyan edib.

 

Notada qeyd edilir ki, belə hərəkətlər müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edilir və bu, iki ölkə arasında münasibətlərin ruhu və ənənələrinə uyğun gəlmir.


OXŞAR XƏBƏRLƏR