NATO baş katibindən Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Hücumları qanunidir, lakin..."

NATO baş katibindən Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA:

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumlarının qanuni olduğunu iddia edib.

 

Sfera.az xəbər verir ki, o, Rusiya ərazisindəki hərbi obyektlərə hücumun Ukraynanın özünümüdafiə hüququnun bir hissəsi olduğunu bildirib.

 

"Rusiya Ukraynaya hücum etmək üçün müxtəlif hərbi vasitələrdən istifadə edir", - o, Finlandiya Prezidenti Aleksandr Stubbla keçirdiyi mətbuat konfransında deyib.

 

“Lakin mən Ukraynaya hansı hədəflərə hücum edilib-edilməməsi ilə bağlı konkret məsləhət verməyəcəyəm”, - Stoltenberq əlavə edib.

 

Eyni zamanda o, Ukraynanın Rusiya ərazisinə hücumları ilə bağlı “istənilən kəşfiyyat məlumatı”nı şərh etməkdən imtina edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR