Logo

Qəzzada HƏMAS liderinin üç oğlu HƏLAK OLDU

Qəzzada HƏMAS liderinin üç oğlu HƏLAK OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəzza zolağında hakimiyyətdə olan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

"Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi İsrailin Qəzzanı atəşə tutması nəticəsində həlak olub", - məlumatda deyilib.

Bundan əlavə, hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Fələstinin HƏMAS qrupu İsraillə təklif olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq 40 girovu azad etməkdən imtina edib .

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR