"İrana bu halda hücum edəcəyik" - İsrail XİN rəhbərindən BƏYANAT

"Əgər İran İsrail ərazisinə hücum etsə, İsrail buna cavab olaraq İran ərazisinə də hücum edəcək".

 

Sfera.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz Kan radiostansiyasına müsahibəsində belə bir bəyanatla çıxış edib.

 

"İran İsrailə öz ərazisindən hücum edərsə, İsrail İran ərazisinə zərbələr endirəcək, çünki İsrail öz vətəndaşları qarşısında məsuliyyət daşıdığı üçün bu cür hücumlara dözə bilməz", - Katz bildirib.

 

Məlumat üçün bildirək ki, ötən il oktyabrın 7-dən Qəzza zolağında yəhudi dövlətinin ordusu ilə Fələstinin HƏMAS qruplaşması arasında hərbi əməliyyatlar başlayandan İsraillə İran arasında münasibətlər pisləşib. Təl-Əviv İran tərəfini HƏMAS-a dəstək verməkdə ittiham edir. Bu müddət ərzində Fələstin hərəkatının liderləri Tehranın nümayəndələri ilə bir neçə görüş keçirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR