Almaniya və Azərbaycanın NATO-dakı səfirləri GÖRÜŞDÜ

Almaniya və Azərbaycanın NATO-dakı səfirləri GÖRÜŞDÜ

Almaniyanın NATO-dakı səfiri Qeza Andreas for Qeyr Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın NATO yanında Nümayəndəliyinin "X" hesabında bildirilib.

 

"Səfir fon Qeyr regionda baş verən son hadisələr və Azərbaycan ilə Alyans arasındakı əlaqələrə dair danışıqlar üçün Azərbaycan Respublikasının NATO-dakı Nümayəndəliyinin rəhbəri səfir Cəfər Hüseynzadə ilə görüşməkdən məmnundur", - paylaşımda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR