İranın İsrail hücumu nə zaman reallaşacaq? - "Ramazan bayramında..."

İranın İsrail hücumu nə zaman reallaşacaq? - "Ramazan bayramında..."
Kateqoriya məlum deyil
T

İsrailin Kanal 12 televiziyası hərbi rəsmilərə istinadən xəbər verib ki, İranın Dəməşq missiyasına edilən basqına cavabı Ramazan bayramı müddətində olmayacaq.

 

Sfera.az bildirir ki, “Times of Israel”in məlumatına görə, rəsmilər hücumun mülki əraziləri deyil, hərbi və strateji obyektləri hədəf alacağını gözləyirlər.

 

Xəbərdə İsrailin İranın özündən və ya İranın vəkilləri vasitəsi ilə gələ biləcək bir hücum ehtimalına qarşı hazırlıq gördüyü, lakin çoxşaxəli hücum ehtimalının da istisna edilmədiyi bildirilib.

 

Xatırladaq ki, İsrail Silahlı Qüvvələrinin raket zərbəsi ilə İran konsulluğu vurulub. Bir neçə İran generalı öldürülüb. Rəsmi Tehran İsrailə cavab zərbəsi hüququnun olduğunu bildirib. ABŞ isə İranı bu addımdan çəkinməyə çağırıb.

 

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR