"İran yaxın günlərdə İsrailə zərbələr endirə bilər" - ABŞ İnstitutundan MÜHÜM AÇIQLAMA

İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatlarında yazılıb. Qeyd olunub ki, ABŞ kəşfiyyatı da bu məlumatı təsdiqləyir:

 

“İranın cavabı, çox güman ki, aprelin 10-na, Ramazan ayı bitənə qədər olacaq. Bu zaman kəsiyində İranın “Şhahed” pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi mümkündür”.

 

İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, İsrailin İranın mümkün cavab tədbiri ərəfəsində bölgədəki bir neçə diplomatik obyektini boşaltdığı bildirilir.

 

Qeyd olunan iddialar mümkün ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İranla İsrail arasında münasibətlərin gərginləşməsində ən çox maraqlı olan qüvvə ABŞ-dir:

 

“İranın yaxın günlərdə İsrail ərazisinə hərbi müdaxilə edəcəyi ağlabatan görünmür. Bu, Tehran üçün ciddi səhv olar. İş orasındadır ki, İsrail də, ABŞ də indi bəhanə axtarır. İran İsrailə müdaxilə edən kimi, şübhəsiz, ABŞ hərəkətə keçəcək. Əslində elə Vaşinqtonun çalışdığı da budur. Ona görə də bəzən birbaşa, bəzən də dolayısı ilə İranı qıcıqlandırır, təxribata çəkir. Əgər İran İsrail ərazisini vurarsa, onda Yaxın Şərq ssenarisinə bənzər ssenari təkrarlanacaq. Ehtimal olunan toqquşmanın uzun çəkməsi, İranın Rusiyaya dəstəyinin azaldılması və ya tamamilə dayandırılması deməkdir. Bu isə Şərqi Avropadakı vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər”.

 

Ekspert bildirib ki, Tehran bütün bunları başa düşür və mümkün qədər təmkinli, soyuqqanlı davranmağa çalışacaq:

 

“İran daxili auditoriyanı da nəzərə almalıdır. Bu mənada, yəqin ki, rəsmilərin qisasla bağlı çağırışları, bəyanatları davam edəcək. ABŞ-nin isə gələcəkdə İranın "damarına daha çox basması mümkündür". Bunun üçün yenə də İsraildən istifadə olunacaq. Kiçik bir qığılcım böyük alovlanmaya səbəb ola bilər. Böyük ehtimalla uduzan İran olacaq. Həm də ona görə ki, İran xalqı da çox həssasdır. Əhali hakimiyyətə qarşı ayağa qalxmaq üçün bəhanə axtarır”.

 

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...