Akşener İYİ partiya sədrliyinə namizəd OLMAYACAQ - Özü AÇIQLADI

Akşener İYİ partiya sədrliyinə namizəd OLMAYACAQ - Özü AÇIQLADI

Türkiyədə İYİ Partiyanın hazırkı sədri Meral Akşener növbədənkənar qurultayda sədrliyə namizəd olmayacaq.

 

Sfera.az bildirir ki, o, bu barədə mətbuata yazılı açıqlama verib. Akşener fikirlərini bu cür qeyd edib:

 

“30 illik siyasi fəaliyyətim boyu ölkəmizin gələcəyi, millətimizin əmin-amanlığı, dövlətimizin rifahını yaxından maraqlandıran bir çox məsələlərlə bağlı qərarlar verməli, münasibət bildirməli oldum. Bu qərarları qəbul edərkən həmişə şəxsi maraqlarımı, qısamüddətli potensial qazancımı və edilən istənilən “cəlbedici” təklifləri bir kənara qoyaraq, sahib olduğum mənəvi dəyərlərə, Cümhuriyyətimizin təməl prinsiplərinə və Türkiyənin ehtiyaclarına diqqət yetirdim. Qəbul etdiyim hər qərarın düzgünlüyü həmişə qısa müddətdə olmasa da, zamanla sübuta yetirildi. 31 mart 2024-cü il Yerli İdarəetmə seçkiləri öncəsi İYİ Partiya olaraq səlahiyyətli şuralarımızın qərarına uyğun olaraq seçkilərə sərbəst və müstəqil şəkildə daxil olmağı seçdik. Bu qərarı verərkən, partiyanın lideri olaraq, potensial olaraq əldə edə biləcəyimiz mənfi seçki nəticəsi riskini və buna görə də bədəl ödəməli olduğumuzu yaxşı bilirdim. Bu səbəbdən bütün proses boyu hər fürsətdə nəticələrə görə məsuliyyət daşıdığımı vurğuladım. Şəxsən mən seçkinin nəticələri çərçivəsində ödədiyimiz bədəldən razıyam. Çünki dünən olduğu kimi bu gün də millətimin, dövlətimin, ölkəmin xeyrinə nəyin bahasına olursa-olsun bədəl ödəyəcəm. Bu kontekstdə bəyan edirəm ki, seçkiləri yekunlaşdıracağımız və 2028-ci ilə qədər marşrutumuzu müəyyən edəcəyimiz növbədənkənar seçkili qurultayımızın sədrliyinə namizəd olmayacağam”.

 

Qeyd edək ki, son prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra dağılan Millət İttifaqının ortaqlarından olmuş İYİ Partiya bu yerli seçkilərdə bütün ittifaq təkliflərindən imtina etmiş, seçkilərə "azad və müstəqil" formada qatılacağını bəyan etmişdi. Partiya seçki dövründə funksionerlərinin iqtidarla yanaşı, müxalifətin də ünvanına kəskin təniqidi ritorikası ilə seçilirdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...