"Sülhdən yayınır, sabitliyi pozur" - Ermənistanın son addımları necə nəticələnəcək? 

“Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır”.

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, amerikalı analitiklərin belə qənaətə gəlməsi diqqətçəkən haldır. Ekspertin sözlərinə görə, Vaşinqton adətən Ermənistanla Azərbaycan arasında baş verən proseslərə birincinin maraqları kontekstindən yanaşır.

 

“Son zamanlar Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın şərti sərhədə qoşun yığması ilə bağlı müntəzəm məlumat yayır. Həmçinin müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bundan başqa, rəsmi İrəvan işğal altındakı səkkiz kəndin taleyi məsələsini gündəmdən çıxarmağa çalışır. Baş verən proseslər onu deməyə əsas verir ki, doğrudan da, Ermənistan regionda yenidən “suları bulandırmağa” çalışır. Əslində Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrelin iştirakı ilə aprelin 5- də Brüsseldə keçirilmiş görüş ərəfəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi”.

 

Müsahibimiz bildirib ki, Brüssel görüşü bölgədəki siyasi və hərbi vəziyyətə də təsir edəcək:

 

“Çox güman, İrəvan yaxın günlərdə yenidən sülh gündəliyindən yayınmağa çalışacaq, hərbi təxribatlara əl atacaq. Bu isə Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə nəticələnə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR