Səfir: "Azərbaycanla Belarus arasında əlaqələr strateji xarakter alıb"

Səfir:

Son illər Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlər strateji xarakter alıb.

 

Sfera.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov jurnalistlərlə görüşündə deyib.

 

“Diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində prezidentlərimizin 10 qarşılıqlı səfəri həyata keçirilib. Bizim qanunvericilik bazamıza müxtəlif sahələr üzrə 130 saziş daxildir. Bu yaxınlarda Belarus və Azərbaycan arasında 2025-2026-cı illər üçün əməkdaşlıqla bağlı yol xəritəsi imzalanıb”, - o bildirib.

 

Onun sözlərinə görə, hazırda Bakı ilə Minsk arasında ticarət-iqtisadi əlaqələr dinamik inkişaf edir: “Belarus Azərbaycanla dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirir. Bundan əlavə, hazırda parlamentlərarası əlaqələr dərinləşir”.

 

Qeyd edək ki, martın 28-də Belarus səfiri Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı KİV-lərin nümayəndələri ilə görüş keçirib və aralarında “Report”un müxbirinin də olduğu azərbaycanlı jurnalistlərə mükafatlar təqdim edib.


OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Həftəsonu ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. ...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Prezident QƏBUL KEÇİRDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanm...

Dünya bazarlarında neft UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyər...

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Bu günlərdə İran daşıyıcılarının ölkənin Xəzər dənizi sahilində əsas limanı olan Ənzəliyə qədər dəmir yolu xidmətlərinin satışına başlaması ilə bağlı çox maraql...