Muxtar Babayev İsveçrənin ölkəmizdəki səfiri ilə görüşdü
Siyasət
19:53 / 18.03.2024
15544
İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Ştəli ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.