Vladimir Putin 87,28 faiz səslə Rusiya prezidenti SEÇİLDİ

Vladimir Putin 87,28 faiz səslə Rusiya prezidenti SEÇİLDİ

Rusiyanın hazırkı Prezidenti Vladimir Putin protokolların 100% işlənməsinin nəticələrinə görə prezident seçkilərində qalib gəlib. 

 

Sfera.az bildirir ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, Putin səslərin 87,28 faizini toplayıb. Bu, Putinin Rusiya prezident seçkiləri tarixindəki 5-ci qələbəsidir. Rusiya lideri bu il indiyədək ən yüksək göstəricini əldə edib. Belə ki, Vladimir Putin 2000-ci il 53,4%, 2004-cü il 71,9%, 2012-ci il 63,6%, 2018-ci ildə isə səslərin 76,6 faizini toplayıb.

 

Ümumilikdə isə qeyd edək ki, builki prezident seçkilərində Rusiya Federasiyası Kommunist Partiyasından namizəd Nikolay Xaritonov - 4,31 faiz, " Yeni Xalq" partiyasından Vladislav Davankov - 3,85 faiz, Liberal Demokrat Partiyasından Leonid Slutski - 3,2 faiz səs toplayıb.

 

Əzizə Zeynal 
 


OXŞAR XƏBƏRLƏR