"Fransa ordusuna ehtiyacımız yoxdur" - Volodimir Zelenski

"Fransa ordusuna ehtiyacımız yoxdur" - Volodimir Zelenski
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Makronun bəyanatı ilk növbədə Rusiya Prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlıdır.

 

O həmçinin bildirib ki, hər şey yolunda gedərsə, Fransa hərbçilərinə ehtiyac olmayacaq:

 

“Makronun reallaşa biləcəyi ehtimal olunan bəyanatı, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna dözdükcə, Fransa ordusu Fransa ərazisində qala bilər. 
Lakin Putin NATO ölkələrindən birinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq”.

 

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR