Paşinyan bu tarixdə Moskvaya GEDƏCƏK

Siyasət
12:40 / 12.03.2024
8298
Ermənistan Baş Naziri Nikol Paşinyan Moskvaya gedə bilər.
Sfera.az bildirir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Rusiya-Ermənistan arasında münasibətlər mənfiyə doğru irəliləsə də, Paşinyanın səfər ehtimalı mümkündür.
“Nikol Paşinyan may ayında Avrasiya Ali İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Moskvaya gedə bilər. Məsələ ondadır ki, 2024-cü ildə Yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb. 2024-cü ildə Avrasiya Ali İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək”, - qəzet vurğulayıb.
Nəşr həmçinin bildirib ki, Ermənistan hələ ki, sədrlik barədə düşünmür.
Günay