Prezident 3 gün ərzində AND İÇƏCƏK

Prezident 3 gün ərzində AND İÇƏCƏK

Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.

 

Sfera.az xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

 

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkilərinin nəticəsi təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məc...

Güclü külək əsir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abş...

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...

Sözün əsl mənasında beynində sərt disk daşıyır: Doğulduğundan bəri yaşadığı hər anı xatırlayan qadın

Bəzən səhərlər qəhvəmizi hara qoyduğunuzu unuduruq. Bəs hələ bir həftəlik ikən hansı yorğana büküldüyünü xatırlamağa nə deyirsiniz? Rebekka Şarrok üçün bu olduq...

8 günlük missiya üçün kosmosa getdi, 8 Aydır geri qayıda bilmir

NASA astronavtları Suni Williams və Barry Wilmore kosmosa cəmi 8 gün davam edəcək bir missiya üçün gediblər. Ancaq 8 ay keçib və onlar hələ də Yerə qayıda bilmi...