Sərinləmək istədi, boğuldu

Sərinləmək istədi, boğuldu

Biləsuvarda qəbiristanlığın yaxınlığında meyit tapılıb.

Cəbrayıl rayon prokurorluğundan "Qafqazinfo”ya verilən məlumata görə, iyunun 28-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələrin arasında yerləşən qəbiritanlığın yaxınlığındakı su buraxıcısından kişi meyiti aşkar olunub.

Dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin araşdırmalarla, onun Ağsu rayonu Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu olduğu müəyyən edilib. Onun bədəni üzərində heç bir xəsarət izi aşkar edilməyib. R.Əkbərovun su buraxıcısında sərinləmək məqsədi ilə çimərkən boğulub öldüyü məlum olub.

Metiyin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...