Sergey Şoyqunun Bakıya səfərinin hərbi-siyasi tərəfləri – Ekspert şərhi

Sergey Şoyqunun Bakıya səfərinin hərbi-siyasi tərəfləri – Ekspert şərhi
 

"Rusiya gərək Azərbaycan kimi tərəfdaş, iqtisadiyyatı güclü və ən əsası, ərazisində müxtəlif xalqlarla bərabər, rusların da yaşadığı bir dövləti Ermənistan kimi mono-etnik və anormal bir dövlətə dəyişməsin”.



Bunu AFN-ə açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib. Onun fikrincə, "Dəniz kuboku” yarışları çərçivəsində Rusiyanın Müdafiə nazirinin Azərbaycana gəlmə dəvətini qəbul etməsi normaldır:

"Bu səfərə tək hərbi yarışlar kontekstində baxılmasına qarşıyam. Rusiyanın Ermənistana davamlı silah göndərməsi fonunda Azərbaycanın Türkiyəyə meyllənmə sürətinin artması əsas səbəbdir. Regionda tarazlaşma siyasəti bəyan edən Rusiya işğalçının tarazlıqdan yayınmasında rol oynayır. Rəsmi Bakının Rusiyanın Azərbaycanla tərəfdaşlıq bəyanının və Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması fonunda ərazimizi işğal etmiş Ermənistana silah yardımları etməsinə görə inciklik nümayişi, özünə daha sadiq tərəfdaş seçimi Rusiya hərbi və siyasi elitasının gözündən qaçmayıb. Azərbaycanın incikliyini yumşaltmaq cəhdləri artıq başlayıb”.

A. Əbilov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun Tovuz hadisələrində ermənilərin məramını açıq şəkildə dilə gətirməsi, onların işğalçılıq siyasətini məcburən dolayı yolla deməsi bu siyasətin budaqlarıdır:
"Bunun əsasında isə Rusiya gərək Azərbaycan kimi tərəfdaş, iqtisadiyyatı güclü və ən əsası, ərazisində müxtəlif xalqlarla bərabər, rusların da yaşadığı bir dövləti Ermənistan kimi mono-etnik və anormal bir dövlətə dəyişməsin, Qafqazda hərbi çəkişmələrə yox, sülhə çalışsın”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...