Səbinə Əliyeva Türkiyə parlamentinin sədri ilə görüşdü - FOTO

Səbinə Əliyeva Türkiyə parlamentinin sədri ilə görüşdü - FOTO
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyəyə rəsmi səfəri davam edir.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Ombudsman Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə Komissiyasının rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşü baş tutub.

Görüş zamanı Mustafa Şəntop iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Müharibə dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.

TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyanın rəhbəri Hakan Çavuşoğlu komissiyanın fəaliyyəti, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. H.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyə Cümhuriyyətinin mənəvi və siyasi dəstək göstərdiyini, qardaş Türkiyə xalqının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

Görüşdə iştirak edən Türkiyə parlamentinin rəsmiləri Azərbaycan xalqını qazanılmış zəfər münasibətilə ürəkdən təbrik edərək bu tarixi zəfərin bütün türk dünyasının qələbəsi olduğunu, türk dünyası adına qürur duyduqlarını bildiriblər.
 
Səbinə Əliyeva Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə öz dəstəyini göstərdiyini ifadə edib. Azərbaycan Ombudsmanı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiyanın həyata keçirildiyini, yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini nəzərə çatdırıb.

Ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, o cümlədən Ombudsmanın bu sahədə parlamentlə əməkdaşlığı barədə geniş məlumat verib.

Görüşdə TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının üzvləri, millət vəkilləri Atay Uslu, Osman Nuri Gülaçar, Oya Eronat, Pakize Mutlu Aydemir, Mehmet Bülent Karataş, Servet Ünsal, Müraciətlər üzrə Komissiyasının üzvləri, millət vəkilləri Fehmi Küpçü, Mustafa Kendirli, Arzu Aydın çıxış ediblər. Millət vəkilləri Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə danışaraq, bunun "bir millət, iki dövlət” ifadəsinin təzahürü olduğunu vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirə aparılıb.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...