Sahibə Qafarova türk rəhbərlərlə görüşdü

Sahibə Qafarova türk rəhbərlərlə görüşdü
Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən xəbərə görə, parlamentin sədri görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verib.

O bildirib ki, bu qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub:

"Qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir”.

Görüşdə Sədr Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, fəaliyyətindən söz açıb.

Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin Sədrini, Azərbaycan xalqını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ediblər.

 

Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən, Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyətində olduqlarını söyləyərək, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.

 

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...