Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlandı
2017-ci il ərzində Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib. Sfera.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümlərinin əsas səbəblərdən biri daxili qanaxmalar, preeklampsiya və onun fəsadlaşmaları olub. "Hamilələr sosial-bioloji (ananın yaşı 18-dən aşağı, 40-dan yuxarı, atanın yaşı 40-dan yuxarı, bədən çəkisinin artıq olması, zərərli vərdişlər),