Bu yeməkləri 2-ci dəfə qızdırmaq olmaz

Sağlıq
22:35 / 28.05.2018
2736
Mütəxəssislər yeməkləri təzə halda, bişirdikdən dərhal sonra yeməyi tövsiyə edirlər. Bu zəhərlənmə, həzm problemlərinin qarşısını almağa kömək edir, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.
Sfera.Az saglamolun.az-a istinadən bildirir ki, hətta soyuducuda saxlanılan hazır yeməklərdə müəyyən dəyişikliklər baş verir ki, nəticədə onların qidalı dəyəri azalır, tərkibində ziyanlı maddələr əmələ gəlməyə başlayır, orqanizm tərəfindən mənimsənilməsi çətinləşir.
Təkrar qızdırılma zamanı bu yeməklərin faydası kəskin azalır, onlarda ziyanlı maddələr əmələ gəlir. Təkrar qızdırılmış bu yeməkləri yedikdən sonra insanda müxtəlif həzm pozulmaları (köp, qarında ağırlıq, ağrı və s.) meydana çıxa bilər.
1. Çuğundurdan olan yeməklər.
2. Ət və toyuqdan olan yeməklər.
3. Qayqanaq, omlet, bişmiş yumurta.
4. Göbələk.
5. Kartof qızartması, kartof püresi.