Kimlərə günəbaxan tumu olmaz? – Marketdə satılan duzlu tumların zərərləri
Tum çırtlamaq qəribə bir asılılıq, bağlılıqdır. Əgər masada tum varsa, onu bitirmədən dayana bilmirsən. Günəbaxan tumlarına belə tələbat, orqanizmin tələbatı, insanın tum qarşısında iradəsizliyinin səbəbini alimlər bədəndə vitamin mineral çatışmazlığı ilə əlaqələndirir. Yəni əgər günlərlə tum çırtlamaq istəyirsizsə, bu tələbatı ödəyin. Sfera.az medicina.az-a istinadən bildirir ki, yağlı günəbaxan tumları E vitamini ilə zəngindir, bu vitamin uzun ömür, sağlamlıq, seksual aktivliyin vitaminidir.