Kovid xəstəsində bu analizlər normaldırsa müalicəyə ehtiyac yoxdur
Əgər COVID-19 PCR yaxma və ya kart-test yaxma analizi (burun-udlaqdan və ağız-udlaqdan-əsnəkdən yaxma) müsbətdirsə, pulsoksimetr cihazı ilə barmaq ucundan SpO2-ni, yəni oksigen saturasiyasını ölçün, əgər 95-dən çoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Sfera.az xəbər verir ki, həkim radioloq Aydın Əliyev bildirib ki, əgər oksigen saturasiyası 95-dən aşağıdırsa, qandan koaquloqramma (laxtalanma), CRP, D-dimer, ferritin, qan ümumi (hemoqram) analizlərini vermək olar və adi döş