Logo

ÜST-dən xəbərdarlıq: Dünyada şpris qıtlığı yaranacaq

ÜST-dən xəbərdarlıq: Dünyada şpris qıtlığı yaranacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şpris qıtlığının yaşanacağı ilə bağlı xəbərdarlıq edib.

Sfera.az bildirir ki, qurum peyvəndləmə prosesinin sürətləndiyini, bu səbəbdən 2022-ci ilin əvvəllərində maska və əlcəklərlə yanaşı, şpris krizinin də yaranacağını bildirib.

ÜST-ün yeni açıqlamasında bir ildə 2 milyarddan çox əlavə şprisə ehtiyac yarana biləcəyi və istehsalın sürətləndirilməsinin vacibliyi vurğulanıb. Qurumun baş məsləhətçisi Lisa Hedman, "Biz peyvənd şprisi ilə bağlı problem yaşaya biləcəyimizdən narahatıq”, deyə bildirib.

Şpris çatışmazlığının rutin peyvəndlərdə gecikmələrə səbəb ola biləcəyini deyən Hedman, bunun gələcək nəslin sağlamlığına mənfi təsir edəcəyini də əlavə edib. ÜST-ə görə, çatışmazlıqlar, həmçinin şprislərin təkrar istifadəsinə və nəticədə qanla keçən xəstəliklərin yayılmasına səbəb ola bilər.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR