D vitamini çatışmayanlar vaxtından əvvəl ölə bilər – ALİMLƏR

D vitamini çatışmayanlar vaxtından əvvəl ölə bilər – ALİMLƏR

D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib.
Alimlər vaxtında bu çatışmazlıqla mübarizə aparmağa bizi səsləyir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, D vitamin əskikliyi ilə vaxtından əvvəl erkən ölüm riski arasında əlaqənin araşdırılması mövzusunda nəhəng elmi tədqiqat başa çatıb.

Alimlər Avropa Diabet Assosiasiyasının konqresində nəticələri məruzə ediblər.
Avstriya alimlər qrupu tədqiqatda 78 min qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Bu insanlar 1991-2011 illər arasında 3-4 dəfə D vitamini analizi veriblər.

Nəticələr göstərib ki, kimdə ki, bu vitamin 6-10 nmol/l və daha az idi, onlar digərlərindən daha tez vəfat etmişdilər.
Xüsusən erkən ölüm onları 45-60 yaş arasında haqlamışdı.

35-90 nmol və daha yüksək miqdarda D vitamini olanlarda isə erkən ölüm riski 40% azalıb.
75 yaşdan sonra vəfat edənlərin ölümü ilə  D vitamini arasında heç bir əlaqə tapılmayıb.

 

D vitamini əskikliyi ürək-damar və diabet xəstələrinin ömrünü azaldır. D vitamini 20-40 arasında olan diabet xəstələri 50-65 yaş arası dövrdə daha çox faizlə ölürlər.

Bu nəticələr göstərib ki, D vitamini əhalinin sağlamlıq və erkən ölümlə mübarizə üçün vacibdir. Qanda D vitamin miqdarı norması 40-80 arasıdır. Amma hazırda istər uşaqlar, istər böyüklrədə çox insanda bu rəqəmlər ən aşağı həddə - 14- 35 arasında çıxır. Bu isə insanların ömrünün kəskin azalması deməkdir.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...