Bu ölkədə eboladan ilk ölüm halı qeydə alındı
Kateqoriya məlum deyil
T
Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb və xəstə dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Eyden Duale açıqlayıb.
Onun sözlərinə görə, xəstə Konqodan Uqanda üzərindən Keniyaya gəlib və Nayrobidə xəstəxanaya yerləşdirilsə də, xilas edilə bilməyib. Yoluxmuş şəxslə təmasda olan 57 nəfər müəyyənləşdirilib, onlardan 10-u karantinə alınıb, digər 47 nəfərin axtarışı davam edir.
Nazir ölkədə Ebola epidemiyasının olmadığını vurğulayıb. Bununla yanaşı, beş tibb müəssisəsi mümkün xəstələrin qəbulu üçün hazırlanıb, hava limanları və sərhəd keçidlərində sanitar nəzarət gücləndirilib./publika






