Stress və yuxusuzluq bu vərdişləri artırır - Nə edilməlidir?

Stress və yuxusuzluq bu vərdişləri artırır - Nə edilməlidir?
Kateqoriya məlum deyil
T

Mütəxəssislər diş sıxmanın (bruksizm) yalnız dişlərlə bağlı mexaniki problem kimi qiymətləndirilməməli olduğunu bildirirlər. Stress və narahatlıq əsas səbəblər arasında olsa da, yuxu pozuntuları, bəzi dərmanlar və həyat tərzi də bu vəziyyətə təsir göstərir.

Sfera.az xəbər verir ki, diş və yuxu mütəxəssisi, Böyük Britaniya alimi Aditi Desai xüsusilə yuxu apnesi kimi problemlərin nəzərdən keçirilməsinin vacib olduğunu deyir.

Bəzi insanlarda diş qıcama tənəffüs yollarının açılmasına kömək edən bir mexanizm kimi də ortaya çıxır.

Bununla yanaşı, həkim deyib ki, bruksizmi bütün hallarda yalnız mənfi təsir göstərdiyini söyləmək olmaz:

"Çənə əzələlərinin hərəkəti tüpürcək ifrazını artıraraq ağız boşluğunun təmizlənməsinə və dişlərin qorunmasına kömək edə bilər. Bəzi araşdırmalar isə çeynəmənin beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini göstərir".

Müalicə problemin səbəbinə və şiddətinə görə dəyişir. Dişləri qorumaq üçün gecə istifadə edilən ağız qoruyucuları, fizioterapiya və stressin idarə olunmasına yönəlmiş terapiyalar tətbiq oluna bilər.

Həkim bildirib ki, əgər problem yuxu apnesi ilə əlaqəlidirsə, CPAP və ya alt çənəni irəli çəkən xüsusi cihazlardan istifadə edilməsi tövsiyə olunur.

Mütəxəssis həmçinin müntəzəm idman etməyi, alkoqol qəbulunu azaltmağı, siqaretdən uzaq durmağı, sağlam qidalanmağı və yuxu rejiminə diqqət yetirməyi məsləhət görürlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR