Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü

Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü
Kateqoriya məlum deyil
T

Türkiyədə 4 yaşlı qız küçə pişiyinin dişləməsindən sonra quduzluğa yoluxaraq həyatını itirib.

Sfera.az xəbər verir ki, hadisə Diyarbəkir vilayətinin Sur rayonunda baş verib. Təxminən 4 ay əvvəl küçə pişiyi uşağın dodağını dişləyib. Avqustun əvvəlində qızın vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib.

Üç gün sonra aparılan müayinələr onun quduzluğa yoluxduğunu təsdiqləyib. Qız müalicə alsa da, həkimlər onu xilas edə bilməyib. O, avqustun 30-da dünyasını dəyişib.

Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.\\publika.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR