"Faytonçu Nazim"in səhhəti necədir?

Kateqoriya məlum deyil
T
"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm".
Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni “Faytonçu Nazim” kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də “Fayton-latiNos music bond”un bir yaşının olacağını bildirib:
"Neçə aydır qala gecəsinə hazırlıq gedir. Çalışırıq ki, gecəni yaddaqalan edək. Bütün günü proqramla bağlı məşqlər edirik. Səhhətimlə bağlı heç bir problemim yoxdur".
Qeyd edək ki, mətbuatda müğənni “Faytonçu Nazim"in səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılıb. Məlumatda onun həddindən artıq çəki itirdiyi qeyd edilib.






