TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA

TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Kateqoriya məlum deyil
T

Sumqayıt Tibb Mərkəzinin uşaq kardioloqu Elnur İmanovla bağlı araşdırma aparılır.

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Elnur İmanovun icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyinə dair səs yazısı yayılıb. Səs yazısında həkimin iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat pul istədiyi və pasiyentə ödəniş etməsi üçün şəxsi kart nömrəsini təqdim etdiyi eşidilir.

"Bu məsələ ilə əlaqədar hazırda araşdırma prosesi davam edir. Araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcəkdir", - TƏBİB-dən bildirilib./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR