Kardioloqdan XƏBƏRDARLIQ: Futbol matçları zamanı infarkt riski artır - VİDEO

Kardioloqdan XƏBƏRDARLIQ: Futbol matçları zamanı infarkt riski artır - VİDEO
Kateqoriya məlum deyil
T

Argentina kardioloqu Luis futbol matçlarının yaratdığı güclü emosional gərginliyin ürək-damar sistemi üçün risk yarada biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, matç zamanı təcili hallar nisbətən az müşahidə olunsa da, oyun başa çatdıqdan sonra xəstəxanalara ürəkdöyünmə, güclü sinə ağrısı, yüksək arterial təzyiq və müxtəlif ürək ritm pozğunluqları ilə müraciət edənlərin sayı artır.

Kardioloq qeyd edib ki, bu hallar birbaşa matç zamanı yaşanan güclü emosiyalar və həyəcanla əlaqədardır.

Mütəxəssis xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərə vacib oyunlar zamanı öz səhhətlərinə diqqət yetirməyi və narahatlıq yarandıqda gecikmədən həkimə müraciət etməyi tövsiyə edib.


PAYLAŞ