Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Kateqoriya məlum deyil
T
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Sfera.az xəbər verir ki, Xalq şairinin köməkçisi Arif Mehmandost Nəriman Həsənzadənin vəziyyətinin ağır olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, şair hazırda da reanimasiya şöbəsində müalicəsini davam etdirir:
“Vəziyyəti ağır-stabil olaraq qalır. Huşu üstündədir, danışır. Amma hələ bir irəliləyiş yoxdur. Həkimlər gözləyir”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib./musavat
