Linzalarını çıxarmadan üzünü yudu, həyatı qaraldı - FOTO

İngiltərədə yaşayan Emma Marsden kontakt linzalarını çıxarmadan üzünü yuduqdan sonra nadir hallarda rast gəlinən parazitar infeksiyaya yoluxub. Buynuz qişasının ciddi zədələnməsi səbəbindən gözü əməliyyatla bağlanan qadının görmə qabiliyyətini tamamilə itirmək riski var.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Emma Marsdenin 47 yaşındadır.
Həkimlər onun buynuz qişasına yerləşmiş parazitin göz toxumasını sürətlə məhv etdiyini müəyyən ediblər. Hazırda xəsarət alan qadın sağ gözünü itirmək təhlükəsi ilə üz-üzədir.
İlk müayinə zamanı Marsdenə göz yarası diaqnozu qoyulub və ona damcı verilib. Amma xanımın vəziyyəti sürətlə pisləşib. Xəstəxanada aparılan növbəti müayinələr zamanı suda da rast gəlinən "Acanthamoeba" adlı mikroskopik parazitin törətdiyi "Acanthamoeba keratiti" diaqnozu qoyulub. Həkimlər parazitin buynuz qişaya nüfuz etdiyini və ciddi ziyan vurduğunu müəyyən ediblər.
Vasif

