Sağlam dişlərin səbəbi valideynlərimizdir?- YENİ ARAŞDIRMA

Sağlam dişlərin səbəbi valideynlərimizdir?- YENİ ARAŞDIRMA

Dişlərimizin vəziyyətinə bir çox amil təsir göstərir, amma onların irsi xüsusiyyətlərdən nə qədər asılı olduğu tez-tez sual doğurur.

 

Sfera.az bildirir ki, xarici mütəxəssislərin sözlərinə görə, ilk növbədə genetik yolla dişlərin anatomik quruluşu – məsələn, ölçüsü, forması, emal qalınlığı və rəngi ötürülə bilər. Həmçinin bəzi sistemik xəstəliklərə meyillilik də irsi xarakter daşıyır və bu amil ağız boşluğunun sağlamlığına təsir göstərə bilər.

 

Əgər valideynlərin dişləri təbii olaraq tünd rəngdədirsə, müəyyən forma və ya emal qalınlığına malikdirsə, bu xüsusiyyətlərin övladlara keçməsi ehtimalı böyükdür. Lakin kariyes və paradontitin yaranması artıq genetikadan deyil, şəxsi gigiyenadan və qidalanma vərdişlərindən asılıdır.

 

Məsələn, böyük dişləri olan şəxs ortodontik yardım alaraq dişlərini düzəltdikdə, düzgün dişləmə formalaşır və yemək qalıqları diş aralarında ilişmir. Nəticədə kariyesin inkişafı dayanır – bu isə o deməkdir ki, valideynlərində olan problem övladlarda təkrarlanmaya bilər.

 

Əgər ailədə şəkərli diabet halları müşahidə olunubsa, bunu da nəzərə almaq vacibdir çünki bu xəstəlik də tez-tez genetik yolla ötürülür.

 

Bu cür irsi meyillik varsa, dieta və qidalanma ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Həkim tövsiyələrinə əməl edən, disiplinli pasiyentlərdə diabet inkişaf etmir. Bu isə həm də ağız quruluğunun qarşısını alır – quruluq isə diş çürüməsinin əsas səbəblərindən biridir. Digər təhlükəli faktor isə osteoporozdur. Bu da irsi ötürülə bilər və çənə sümüyünün sıxlığını azaldaraq dişlərin zəifləməsinə, sallanmalarına və yerində durmamasına səbəb ola bilər. Osteoporoz eyni zamanda stomatoloji müdaxilələrdən sonra sağalmanı çətinləşdirir.

 

Mütəxəssislər diş problemlərinin ilk üç səbəbi sırasında qeyri-düzgün gigiyena, nadir diş həkimi ziyarətləri və düzgün olmayan qidalanma vərdişlərinin dayandığını vurğulayırlar. 

 

İnci


OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...