Gənclərdə xərçəng artır: Alimlər səbəbləri açıqladı

Gənclərdə xərçəng artır: Alimlər səbəbləri açıqladı

Son 50 ildə dünyada xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, 50 yaşdan aşağı şəxslər arasında xərçəngə tutulma hallarında ciddi artım müşahidə olunub. Yeni bir araşdırmaya görə, 1990-cı illərdən bu yana 20-49 yaş arası insanlarda xərçəng diaqnozlarının sayı 23% artıb.


Sfera.az xəbər verir ki, Amerika Klinik Onkologiya Cəmiyyəti “NHS” məlumatlarına əsaslanaraq 50 ili əhatə edən araşdırma aparıb.

 

Bu araşdırmanın nəticələrinə əsasən, 1973-cü ildə hər 100 000 nəfərə 328 ölüm halı düşdüyü halda, 2023-cü ildə bu göstərici 252-yə enib. Lakin eyni dövrdə xərçəng diaqnozlarının ümumi sayı 413-dən 607-yə yüksəlib.


Mütəxəssislər xərçəng xəstəliyi aşkarlanan şəxslərin sayının artmasının əsas səbəbləri kimi piylənmə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və alkoqol istifadəsini göstərirlər. ABŞ-də keçirilən onkoloji konfransda verilən məlumata əsasən, gənclər arasında xüsusilə bağırsaq xərçəngi hallarının həddən artıq kökəlmə ilə sıx bağlı olduğunu deyib. Araşdırmaya daxil edilən 14 mindən çox xəstənin üçdə birindən çoxu diaqnoz zamanı artıq çəkidə olub.


Tədqiqat göstərir ki, gənc xəstələr yaşlılarla müqayisədə daha yüksək stres, yorğunluq və narahatlıq hiss etdiklərini bildirirlər. Bu məlumatlar “narahatlıq termometri” adlı özünüqiymətləndirmə vasitəsi ilə toplanıb.


Gənclərdə xərçəng hallarının artması həm də bağırsaq mikrobiomunun pozulması ilə də əlaqələndirilir. Mikroplastiklərə və müxtəlif kimyəvi maddələrə məruz qalmaq, eləcə də emal olunmuş qidaların istifadəsi bu tarazlığı poza və xərçəng riskini artıra bilər. Həkimlər qeyd edib ki, şirin içkilər və bəzi emal olunmuş qidalar siqaret qədər zərərli hesab olunmalıdır.


Siqaret istifadəsi gənclər arasında artan xərçəng hallarının əsas səbəbi deyil, çünki ağciyər xərçəngi halları ümumilikdə azalır.


Araşdırma göstərir ki, İngiltərə və Uelsdə xərçəngdən sağ qalma göstəriciləri ikiqat artsa da, son 10 ildə bu irəliləyiş yavaşlayıb. Diaqnozların yalnız 54%-i erkən mərhələlərdə qoyulur, bu isə müalicə imkanlarını məhdudlaşdırır.


Təşkilat erkən diaqnostikanın artırılması, testlərə sürətli çıxış və ağciyər xərçəngi üçün milli skrininq proqramının yaradılmasının minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...