Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi: "Reanimasiyadadır..." - FOTO

Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi:

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.  

 

Sfera.az bildirir ki, bu barədə onun qızı Əminə Sadıqova Manset.az-a məlumat verib.

 

 Onun dediyinə görə, F. Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:

 

“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı. Vəziyyəti qəfil pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm, atamın müalicəsinə kömək etsinlər”.  

 


OXŞAR XƏBƏRLƏR

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...