Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ: Yeni pandemiyaya bu virus SƏBƏB OLACAQ

Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ: Yeni pandemiyaya bu virus SƏBƏB OLACAQ

Yoluxucu xəstəliklər üzrə mütəxəssislər növbəti pandemiyaya qrip virusunun səbəb olacağını düşünürlər. 

 

Sfera.az xəbər verir ki, 57 ölkədən 187 iştirakçı ilə aparılan sorğuda hansı patogenin növbəti pandemiyaya səbəb olacağı sualına mütəxəssislərin 57 faizi qripi ilk olaraq göstərib.

 

"Səyahət Təbabəti və Yoluxucu Xəstəliklər" jurnalında dərc edilən araşdırmanın müəllifi doktor Con Salmanton Qarsia deyib ki, virusun daim inkişaf etdiyini və təkamül etdiyini göstərən araşdırmalara görə belə bir gözlənti var.

 

Digər tərəfdən, o, COVID-19 pandemiyası sayəsində dünyanın bu tip problemə qarşı indi daha hazırlıqlı olduğunu bildirib: "Biz COVID-19 pandemiyasında tənəffüslə keçən yoluxucu virus pandemiyasına necə yanaşmaq barədə çox şey öyrəndik.Bunlara sosial məsafə, əl sanitariyası, üz maskaları, yeni peyvəndlər daxildir.Paralel olaraq qurumlar da çox şey öyrəndi. Həyati hazırlıq və müşahidə fəaliyyətləri indi daha yaxşı maliyyələşdirilir".

 

Tədqiqatın təfərrüatları aprelin 27-30-da Barselonada keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ESCMID) iclasında izah ediləcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...