Bu qidalar yaddaş itkisini bərpa edir – YENİ ARAŞDIRMA

Bu qidalar yaddaş itkisini bərpa edir – YENİ ARAŞDIRMA

Bəzi qida məhsulları yaddaş itkisini bərpa edir.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki, bununla bağlı yeni araşdırmalar aparılıb. Məlum olub ki,  yaşıl çay, alma və giləmeyvə kimi qidaların qəbulunu artırmaqla yaddaş itkisini bərpa etmək olar. Tədqiqata əsasən, pəhriz zamanı tərkibində qeyri-kafi flavanolların olduğu müəyyən qidalardan istifadə etmək beynin fəaliyyətini dayandırır və yaddaş itkisinə səbəb olur. Flavonollar yaşıl yarpaqlı tərəvəzlər, qarağat, soğan, alma, giləmeyvə, albalı, şaftalı, soya, sitrus meyvələri, çay, şokolad, kahı, bibər, üzüm və hətta şərab da daxil olmaqla bir çox qidada mövcuddur.

 

ABŞ tədqiqatçılarının araşdırması göstərib ki, kifayət qədər flavanol qəbul edən 60 yaşdan yuxarı insanlar buna oxşar daha çox qida qəbul etdikdə heç bir fayda əldə edə bilmirlər. Mütəxəssislər qeyd ediblər ki, necə ki, uşaqların inkişaf etməkdə olan beyninin xüsusi qida maddələrinə ehtiyacı var, eləcə də qocalmış beyinin yaxşı işləməsi üçün buna tələb yaranır.

 

Heyvanlar üzərində aparılan əvvəlki tədqiqatlar sübut edib ki,  flavanollar yeni xatirələri öyrənmək və inkişaf etdirmək üçün vacib olan beynin hipokampus bölgəsindəki neyronların və qan damarlarının böyüməsini sürətləndirir. Sözügedən tədqiqatı şərh edən professor Aedin Kassid bunları deyib:  “Bu, çay, kakao, alma və giləmeyvələrdə mövcud olan flavanol dozasının qocalmış beyində yaddaşı yaxşılaşdırmaq üçün əsas olduğunu göstərən və həqiqətən vacib bir araşdırmadır.

 

Qeyd olunub ki, araşdırma “PNAS” jurnalında dərc olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR