Sahurla iftar arasında susuzluğun qarşısını almaq üçün nə etmək lazımdır?

Uzun oruc saatlarının sonunda kifayət qədər su qəbul etməsək, bədənimiz üçün təhlükə yarana bilər! Yorğunluqdan baş ağrısına qədər bir çox problemə səbəb olan susuzluğun qarşısını almaq üçün aşağıda qeyd edilənləri bilməlisiniz.
Sahurla iftar arasında susuzluğun qarşısını almaq üçün nə etmək lazımdır?
Su bədənin orta hesabla 3/4 hissəsini təşkil edir.
Daimi və kifayət qədər su qəbulu, dərinin sağlamlığının qorunması, orqanizmdə toksinlərin atılması, maddələr mübadiləsinin işinin dəstəklənməsi, həzm sisteminin tənzimlənməsi, qəbizliyin və orqanizmdə ödəmin aradan qaldırılması və arıqlamaq üçün vacibdir.
Ramazan ayında uzun sürən aclıq səbəbindən orqanizmin mayeyə ehtiyacı daha da artır. Susuzluqdan yarana biləcək sağlamlıq problemləri üçün Ramazan ayında orqanizmin su ehtiyacını qarşılamaq daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən orqanizmin ehtiyac duyduğu suyu iftar və sahur arasında müəyyən fasilələrlə içmək vacibdir. Minimum 10-12 stəkan su qəbulu tələb olunur. Yetərsiz su qəbulundan ürəkbulanma, başgicəllənmə, baş ağrısı, aşağı təzyiq kimi bir çox mənfi hallarla qarşılaşa bilərsiniz.
Həzm sistemini dəstəkləmək, uzun müddət aclıq zamanı mədədə sancılar və narahatlıq yaratmamaq üçün tez-tez otaq temperaturunda su içmək məqsədə uyğundur. Su içməkdə çətinlik çəkirsinizsə, dad vermək üçün təzə nanə yarpağı və limon dilimlərindən istifadə edə bilərsiniz, bununla suyu daha asan içməyinizə kömək edəcəksiniz.
Ramazan ayında iftarla birlikdə digər mayelərin qəbulu artır. Ancaq içdiyiniz çay və qəhvə kimi içkilər suyun yerini tutmur və su içmək istəyinin qarşısını ala bilər. Bu içkilər sidikqovucu xüsusiyyətinə görə orqanizmdə suyun xaric olmasını sürətləndirir və daha çox su itkisi baş verir. Buna görə də kofeinli mayelər yerinə su qəbulunu artırmağa çalışmalısınız.
Sahurla iftar arasında susuz qalmamaq üçün nə etmək olar?
İftar və sahurda qəbul edilən qidalar susuzluğunuzu artıra biləcək qidalar olmamalıdır. Oruc tutanda susuz qalmamaq üçün diqqət edilməli olan məqamlar bunlardır:
- Turşu, kolbasa və ədviyyat kimi duzu yüksək olan qidaları seçməyin.
- Yeməklərinizdə həddindən artıq duz istifadə etməkdən çəkinin.
- Sahur və iftar yeməklərinizdə sulu tərəvəz və meyvələrdən istifadə etməyə çalışın.
- İftardan sonra qəlyanaltınızda duzlu qoz yerinə çiy qoz-fındıq seçin.
- Oruc tutarkən gün ərzində həddindən artıq tərləməyə və uzun müddət istiyə məruz qalmağa səbəb olan fəaliyyətlərdən çəkinin.
- İdmanla məşğul olacaqsınızsa, iftardan sonrakı saatları seçə bilərsiniz. Tərləməyə səbəb olan hallarda su sərfiyyatınızı 2,5-3 litrə qədər artırmalısınız.
Gülər
Sfera.az