DİQQƏT: Ürəyinizdə bu 3 problem varsa,...

DİQQƏT: Ürəyinizdə bu 3 problem varsa,...

Ürəyinizdə bu 3 əlamət varsa, həkimə müraciət etməlisiniz.

 

Ürək spazmı, əsasən, ürək toxumasını qidalandıran damarların daralması səbəbindən ürəyin kifayət qədər qidalanmaması nəticəsində baş verir. Ürək spazmı sinədə şiddətli ağrılara səbəb olur. Hər ikisinin meydana gəlməsinin səbəbi ürək əzələsinin müəyyən hissəsinə göndərilən qanın azalmasıdır. Ürək spazmı həm istirahət zamanı, həm də gərginlik zamanı müşahidə edilə bilər. Ağrı ürəkdə təzyiq və ya sıxılma ilə xarakterizə olunur.

 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kardiologiya Mütəxəssisi Dr. Murat Şener ürək spazmının əlamətlərini açıqlayıb və əhəmiyyətli xəbərdarlıqlar edib.

 

Onun sözlərinə görə ürəkdə problemin olması bu əlamətlərlə özünü göstərir:

 

- Stress, sıxılma, nəfəs darlığı

 

- Sıxılma və təzyiq hissi

 

- Ağrı

 

Ağrı hissi ümumiyyətlə sinənin ortasında başlayır və qollara, boyuna, arxaya və çənəyə doğru irəliləyir. Adətən fiziki hərəkət, fiziki gərginlik, həyəcan, stress, kədər və həddindən artıq yeməkdən sonra baş verir. İstirahət zamanı spazm daha ciddi hal alır. 

 

Dr. Murat Şener ürək spazmı və infarktın da eyni məntiqlə baş verdiyini bildirib. Onun sözlərinə görə, ürək spazmı 20 dəqiqə davam edərsə, bu, infarktdan xəbər verə bilər. Başqa sözlə, ürək spazmı infarktın xəbərçisidir və ona diqqət yetirilməlidir.

 

Həkim, həmçinin ürək spazmının qarşısını almaq üçün bəzi davranış dəyişiklikləri həyata keçirməyi tövsiyə edib. O bildirib ki, siqaret və spirtdən qaçmaq, sağlam qidalanmaq, yağlı, duzlu, qızardılmış, işlənmiş qidalardan istifadə etmək olmaz.


OXŞAR XƏBƏRLƏR