Dırnaqlarını yeyən insanların sirri ortaya çıxdı - FOTO
Sağlıq
22:26 / 23.07.2016
15135
Daha əvvəl dırnaqlarınızı gəmirdinizmi?
Gündəlik həyatda ya dırnaqlarınızı yeyirsiniz, ya da yeyən birilərini görürsünüz. Bu vəziyyət kənardan baxanda narahatedici ola bilər. Nəticədə öz vücudunun parçalarını gəmirən bir insan söz mövzusudur. Aparılan araşdırmalar bu davranışın arxasındakı sirri üzə çıxardı!
Bəs gəmirərkən o an nə düşünürdünüz?
Siz beyninizdə bu sualların cavabını axtarmağa başlayarkən, biz də sizlərə bu davranış pozğunluğu olaraq görülən işin elmi baxımdan bir rentgenini çəkək. Tədqiqatçılar və psixoloqlar uzun illər boyu bir davranışın sıxıntı və stress mənşəli olduğunu düşünüblər və bu diaqnoz, cəmiyyətdə də ümumi bir qərəz kimi illərlə yer alıb.
Radikalın xəbərinə görə, İran Səhiyyə Elmləri Jurnalı və Shiraz Universitetinin uşaqlar üzərində apardığı işlər dırnaq yemə vərdişinin qadağan və cəzalandırma üsulu ilə həll olunmayacağını ortaya qoyub. Hətta problem və çətinlikləri aradan qaldıran uşaqlarda belə bu davranış pozğunluğunun mütəmadi olaraq davam etdiyi görülüb.
Montreal Universiteti isə işi bir az daha irəli aparıb və bu davranış pozğunluğunun bir vərdiş olduğuna diaqnoz qoyub.
Bəs nədir bu biganəliyin səbəbi?
Tədqiqatçıların gəldiyi nəticəyə görə, dırnağını yeyən insanların ortaq duyğusal dinamikası var. Əvvəlcə "mükəmməliyətçilik" ön plana çıxan bir xüsusiyyətdir. Sonra "ehtiraslı olmaq" yenə bir başqa mənəvi hissiyatdır.
Tədqiqatçılar "Əgər bir işin düzgün aparılmasını istəyirsinizsə, onu dırnaqlarını yeyən birinə verin" deyəcək qədər bu məsələdə əmindirlər. Çünki dırnaq yeyən insanların bu hərəkəti diqqət yetirmək üçün etdiklərinə inanırlar. Diqqət edilsə, dırnaq yeyən insanlar adətən bir şeylər oxuyarkən, izləyərkən, dinləyərkən, ya da diqqət yetirilməsi lazım olan bir işə başlayarkən bunu edirlər. Bu onların son dərəcə diqqətli olmasını təmin edir.
Dişləmək elə bir zərbədir ki, insan özündə tez-tez görülən günabaxan yemə asılılığı yenə bununla əlaqəlidir. Çünki dişləməni bir dəfə etdiyimiz zaman beyniniz sanki bir kilidlənmə yaşayır. Buna görə futbol, serial, film izləyərkən davamlı bir şeylər yemə ehtiyacı duyuruq. Səbəbi "Daha yaxşı diqqət etməyə kömək edir". Bu məqamda Montreal Universitetinin tədqiqatçıları "Qoy yesinlər" deyirlər.
Ancaq dırnaq yeyənlərin bu müsbət xüsusiyyətlərinə qarşı Doktor Cozef Mercolanın xəbərdarlıqları var: "Dırnaq yemək əvvəlcə bədəninizi zərərli bakteriyalara qarşı bir hədəf halına gətirir. Xərçəngə aid virusları bilavasitə bədəninizə alır. Ağız və diş problemləri yaranır. Bu xəstəlik risklərini nəzərə alırsınızsa, buyurun rahat rahat yeyin, hörmətli dırnaq yeyənlər".
Sfera.az //