Logo

Yüngül gedişli koronavirus xəstələrinə bu dərmanlar verilməməlidir! - Həkimdən XƏBƏRDARLIQ

Yüngül gedişli koronavirus xəstələrinə bu dərmanlar verilməməlidir! - Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"COVID-19 xəstəxanalarına müvəqqəti ezam olunmuş tibb işçiləri orada gördükləri dərmanları evdə müalicə alan qohum əqrəbaya - yüngül gedişli xəstələrə təyin edirlər”.

Sfera.az bildirir ki, bunu tanınmış həkim-reanimatoloq Şahin Məmmədov deyib.

Mütəxəssis bunun yanlış olduğunu vurğulayıb:

"Məsələn, xəstəliyi təzə başlayan COVID-19 xəstəsinə evdə meropenem, vankomicin, tazeracin, metilprednizolon və s. yazıblar. Soruşuram bunu sizə kim təyin edib? Deyirlər qohumumuz COVID-19 xəstəxanasında işləyir, orada bunlarla müalicə edirlər.  Bu, koronavirusa yoluxmuş insanda ağırlaşma ehtimalını artırır".

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR